P4C
Gənclər və peşəkarlar üçün P4C
Fərqli yaş və peşədən olan insanların birlikdə düşünmə mədəniyyəti.
Balacaların tənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirən fəlsəfi müzakirələr.

Marsol Academy-də uşaqlar üçün təşkil olunan P4C (Philosophy for Children) workshopları balacaların tənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Sessiyalar zamanı uşaqlar müxtəlif mövzularda suallar verərək, öz həyat təcrübələrindən çıxış edərək açıq fikirli müzakirələrə qatılırlar.
Cizgi filmləri, səssiz videolar, hekayələr və situasiyalar əsasında "Dostluq nədir?", "Ədalət hər kəs üçün eyni olmalıdırmı?" kimi suallar meydana çıxır. Burada heç bir fikir "doğru" və ya "yanlış" sayılmır — əsas olan fikirlərin dəyərini anlamaq və bir-birindən öyrənməkdir.
Təcrübəli fasilitatorlarımız müzakirələrə yön verir, uşaqların emosional zəkasını, sosial bacarıqlarını və düşünmə mədəniyyətini gücləndirir.
P4C
Fərqli yaş və peşədən olan insanların birlikdə düşünmə mədəniyyəti.
Təlimlər
Biznes ideyasından biznes plana, maliyyə strategiyasından satışa qədər sahibkarlığın əsasları.
Təlimlər
Proqramlaşdırma, süni intellekt və rəqəmsal alətlərin biznesdə tətbiqi.