Uşaqlar üçün P4C — Fikirlərlə Oyun, Sözlərlə Səyahət
Marsol Academy-də uşaqlar üçün təşkil olunan P4C (Philosophy for Children) workshopları balacaların tənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bu sessiyalar zamanı uşaqlar müxtəlif mövzularda suallar verərək, öz həyat təcrübələrindən çıxış edərək açıq fikirli müzakirələrə qatılırlar.
Workshoplarda cizgi filmləri, səssiz videolar, hekayələr və situasiyalar əsasında belə suallar meydana çıxır:
- "Dostluq nədir?"
- "Yalan demək bəzən doğrudurmu?"
- "Ədalət hər kəs üçün eyni olmalıdırmı?"
- "Səssizlik nə deməkdir?"
Uşaqlar bu sualları müzakirə edərkən öz fikirlərini sərbəst və əsaslandırılmış şəkildə ifadə etməyi, başqasını diqqətlə dinləməyi və ortaq düşüncəyə gəlməyi öyrənirlər. Burada heç bir fikir "doğru" və ya "yanlış" sayılmır — əsas olan fikirlərin dəyərini anlamaq və bir-birindən öyrənməkdir.
Marsol Academy-nin təcrübəli fasilitatorları bu müzakirələrə yön verir, uşaqları düşündürür və onların emosional zəkasını, sosial bacarıqlarını və düşünmə mədəniyyətini gücləndirir.
Gənclər və peşəkarlar üçün P4C — Düşüncəni Bölüşmək, Fikirdə Yaxınlaşmaq
Marsol Academy-də gənclər və peşəkarlar üçün keçirilən P4C (Philosophy for Communities) workshopları fərqli yaş, peşə və təcrübəyə malik insanların bir araya gələrək həyat haqqında dərindən düşünməsinə imkan yaradır. Bu sessiyalar iştirakçılara gündəlik həyatın fəlsəfi qatlarını kəşf etdirməklə yanaşı, öz fikirlərini cəsarətlə paylaşmaq və başqasının düşüncəsinə hörmətlə yanaşmaq vərdişi qazandırır.
Workshoplarda müzakirə olunan bəzi suallar belədir:
- "Seçimlərimizi bizmi edirik, yoxsa həyat bizim yerimizə seçir?"
- "Ədalət və bərabərlik eyni şeydirmi?"
P4C gənclər və peşəkarlar üçün yalnız bir müzakirə deyil — ruhun nəfəs aldığı, fikirlərin toqquşmadan yaxınlaşdığı, anlayışın və empatiyanın gücləndiyi bir təcrübədir. Marsol Academy bu sessiyalarla cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlara bir araya gəlib ortaq düşüncə məkanı yaratmaq fürsəti təqdim edir.
Keçirdiyimiz workshoplardan
"Fikir Yolu: Diləklərin İnşası" — reallaşan xəyalların ilk addımı! P4C workshopunda hər kəs diləklərini paylaşaraq onların gerçəkləşməsi yollarını araşdırdı.
"İnsanın Öz Dəyərlərini Kəşf Etməsi" — iştirakçılar "Fikir səslənməyə, düşüncə paylaşılmağa layiqdir" prinsipi ilə dostluq, sevgi, güvən, güc, arzular və xoşbəxtlik kimi mövzularda dərin müzakirələr apardılar.
"Sevginin Kətanı: Özünə və Həyata Rəssam Gözündən Bax" — Fikrin Səsi proqramı çərçivəsində iştirakçılar sevgi, dostluq, ailə və özünə hörmət mövzularında müzakirələr apardı, rənglər və düşüncələrlə duyğularını ifadə etdilər.
"Həyatın Axını ilə Üzmək" — Gənc Sahibkar qrupumuz tənqidi düşünmə və düzgün qərar qəbul etmə yollarını araşdırdı. Günün sonunda uşaqlara həyatın axarını simvolizə edən akvarium hədiyyə etdik.



