Bacarığınızı gücləndirin

Real bazar tələblərinə uyğun hazırlanan, həm nəzəri, həm də praktik biliklər qazandıran təlimlər, MasterClass-lar və P4C workshopları.

5 proqram tapıldı

Tez-tez verilən suallar

Sualınız var?

Ən çox soruşulan sualların cavablarını topladıq. Axtardığınızı tapmadınızsa, bizə yazın.

Birbaşa danışaq

Məsləhətçimiz sizə uyğun proqramı seçməkdə kömək edəcək.

Sual ver
Proqramlar kimlər üçündür?

Əsas proqramlarımız 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Bununla yanaşı, gənclər və peşəkarlar üçün də xüsusi təlimlər, master-klasslar, seminarlar və P4C sessiyaları təşkil edirik.

P4C nədir?

P4C (Philosophy for Children / Communities) iştirakçıların açıq suallar ətrafında birlikdə düşündüyü, fikirlərini əsaslandırmağı və başqasını dinləməyi öyrəndiyi müzakirə metodudur. Uşaqların tənqidi və yaradıcı düşünmə bacarıqlarını, emosional zəkasını və sosial bacarıqlarını gücləndirir.

Ofis və istehsalat ziyarətləri necə keçir?

İştirakçılar müxtəlif şirkətlərin ofislərinə və istehsalat sahələrinə səfər edir, şirkət rəhbərləri və mütəxəssislərlə görüşür, iş proseslərini yerində müşahidə edirlər. Ziyarətlər təlimlərin ayrılmaz praktik hissəsidir.

Təlim sonunda sertifikat verilirmi?

Sahibkarlıq dərslərini uğurla tamamlayan iştirakçılar sertifikat əldə edir və öz biznes ideyalarını potensial investorlar və mentorlar qarşısında təqdim etmək imkanı qazanırlar.

Necə qeydiyyatdan keçə bilərəm?

Təlim səhifəsindəki müraciət formasını doldurun, əlaqə səhifəsindən bizə yazın və ya telefonla əlaqə saxlayın. Komandamız sizinlə əlaqə saxlayıb ətraflı məlumat verəcək.

Qoşulmağın tam zamanı deyilmi?

Siz də Marsol Academy ailəsinə qoşulun, gələcəyinizi daha parlaq qurun! Sualınız varsa, bizə yazın və ya zəng edin.